
Təbəssümünüz
Təbəssümünüzə təsir edəcək üç faktor var. Bunlar dişlərinizin rəngi, forması və diş sırasında yerləşməsidir. Güzgüdə dişlərinizə baxın, əgər 10 ballıq şkalada 10 vermirsinizsə bizimlə əlaqə saxlayın. Biz sizə tam ödənişsiz və məcburiyyətsiz konsultasiya təklif edirik.

Kompozit restovrasiyalar
Bəzən dişiniz rəngdə olan kompozit materiallarla dişlərinizin formasına olunan cüzi dəyişikliklər təbəssümünüzdə böyük təsir göstərir. Dişlər arasındakı qara üçbucaqlar, aralı dişlər, dişlərdəki ləkələr və nahamar sürtülmüş diş kənarları bu yolla uğurla bərpa olunur.

Dişlərin ağardılması
Klinikada apardığımız ağartma proseduru ilə 2 saat* ərzində dişlərinizin rəngini arzu etdiyiniz ağlığa gətirə bilərik. Dişlərin ağardılması tam təhlükəsiz və effektivdir.

Vinirlər
Daha mükəmməl təbəssüm üçün vinirlərlə dişlərinizin formasını və rəngini arzuolunan edə bilərik

Qapaqlar
Dişlərinizin tacı çox zədələnibsə belə halda qapaqlar dişlərinizin qorunması və estetikliyinin bərpası üçün ən yaxşı variantdır

İmplantlar
Əgər bir və daha çox dişinizi itirmisinizsə onda implantasiya dişlərinizi əvəz edəcək ən yaxşı üsuldur. 32 Mirvaridə biz ən yaxşı və tanınmış implant şirkətləri ilə işləyirik

Ortodontiya
Əgər dişlərinizin sırası sizin təbəssümünüzə təsir edirsə demək dişlərinizdə sıxlıqlar, məsafələr buruqluq və s. kimi əlamətlər var. Bunları aradan qaldırmaq üçün bizimlə konsultasiya üçün növbəyə yazılın və heç bir ödənişsiz və məcburiyyətsiz professional məsləhət alın.