Siqaret və ağız sağlamlığı

Siqaret çəkmək ağız sağlamlığıma necə təsir edə bilər?
Bir çox insan siqaretin sağlaqmlığa zərər vurmasını bilir. Bu zərərlər müxtəlif sağlamlıq problemlərindən tutmuş həyatı təhlükəyə atan terminal xəstəliklərə kimi ola bilər. Lakin, insanların çoxu siqaretin ağız boşluğu, diş əti və dişlərə ziyanından xəbərsizdir.
Siqaret çəkmək dişlərin ləkələnməsinə, diş əti xəstəliyinə, dişlərin itirilməsinə və daha pis hallarda ağız boşluğu xərçənginə səbəb ola bilir.
Dişlərim nə üçün ləkələnir?
Siqaret çəkməyin pis təsirlərindən biri dişlərin ləkələnməsidir ki, bu da siqaretin tərkibindəki nikotin və qətranın təsirindən olur. Bu maddələr dişlərinizin rəngini qısa zamanda saralda bilər. Hətta bəzi siqaret çəkənlər uzun illərdən sonra dişlərinin demək olar qəhvəyi rəngə boyanmasından şikayətlənirlər.
Siqaret çəkmək mənim diş ətimə və dişlərimə necə təsir edəcək?
Siqaret çəkmək həm də diş əti xəstəliyinə gətirib çıxarır. Siqaret çəkənlərdə diş əti xəstəliyinə səbəb olan bakteriyal təbəqə daha tez əmələ gəlir. Siqaret çəkmək qan dövranında oksigenin miqdarını azaltdığına görə infeksiyalaşmış diş əti sağala bilmir. Dişlərin itirilməsinin ən əsas səbəbi də diş əti xəstəliyidir.
Siqaret çəkmək xərçənglə necə əlaqələndirilir?
Bir çox insanlar bilir ki, siqaret çəkmək ağ ciyər və udlaq xərçənginə səbəb olur. Lakin əksər insanlar bilmir ki, siqaret həm də ağız boşluğu xərçənginin əsas səbəbidir. Hər il minlərlə insan siqaret çəkməklə ağız boşluğu xərçəngindən ölür.
İstifadə edəcəyim xüsusi məhsullar varmı?
Siqaret çəkənlər üçün xüsusi diş məcunları var hansı ki adi diş məcunlarından daha aşındırıcı olur. Stomatoloqunuz belə məcunları gündəlik məcununuzla növbəli şəkildə istifadə etməyi tövsiyyə edə bilər. Satışda bir çox“ağardıcı” diş məcunları da olur. Bu məcunlar dişlərinizin rəngini ağartmasa da ləkələri təmizləməyə kömək edə bilər və beləliklə də dişlərinizin görünüşünü yaxşılaşdıra bilər.
Ağız boşluğunu yaxalamaq üçün məhlullar necə?
Siqaret çəkənlərdə halitoz (ağızdan xoşagəlməz iyin gəlməsi) seqaret çəkməyənlərlə müqayisədə daha çox rast gəlinir. Nəfəs təravətləndiriciləri (məsələn ağız yaxalayıcıları) problemi müvəqqəti maskalamağa kömək etsə də müalicə etmir.
Stomatoloqa nə qədər vaxtdan bir müraciət etməliyəm?
Ağız boşluğundakı problemlərin erkən aşkarlanması üçün mütəmadi stomatoloq müayinələri lazımdır. Siqaret çəkənlərdə dişlərin ləkələnməsi daha çox rast gəlindiyinə görə gigiyena üçün daha tez-tez müraciət etməlidirlər.
Stomatoloqum mənim üçün nə edə bilər?
Stomatoloqunuz ağız boşluğunun tam müayinəsini həya keçirə bilər. Stomatoloji heyət sizin yanaqlarınıza, dilinizə və udlağınıza baxıb daha da araşdırılması lazım olan əlamətləri aşkar edə bilər.
Əlavə müalicəyə gərək olacaqmı?
Stomatoloqunuz sizi əlavə müalicə üçün gigiyenistə yönləndirə bilər ki, dərin təmizləmə və ağız boşluğunun ətraflı müayinəsini həyata keçirsin. Adətən ildə iki dəfə müayinəyə gəlmək lazım olmasına baxmayaraq gigiyenistiniz məhz sizin hansı intervalla müayinəyə gəlməli olduğunuzu sizə tövsiyyə edəcək.