top of page
Search

Dişlərə qulluq

S) Dişlərim nə üçün əhəmiyyətlidir?

C) Sizin dişləriniz ağız boşluğunda yerləşməsindən asılı olaraq müxtəlif forma və ölçüyə malikdir. Bu müxtəliflik onların müxtəlif funksiyaları yerinə yetirməsinə kömək edir. Dişlər bizə qidanı çeynəməyə və həzm etməyə kömək edir. Onlar bizə danışmağa və müxtəlif səsləri dəqiqliklə çıxarmağa imkan verir. Nəhayət, dişlərimiz bizim üzümüzün quruluşunu formalaşdırır. Sağlam təbəssüm ictimai həyatda əhəmiyyətli amil olduğu üçün də dişlərimizin qayğısına qalmaq vacibdir.



S) Dişlərimin qayğısına qalmasam nə baş verər?

C) Diş kariesi (diş çürüyü) ağrılı xəstəlik olub, plomblanmaya, qapaqlar və protezlərdən istifadəyə gətirib çıxara bilər. Karies müalicə olunmadıqda, dişlərin pulpası (sinirləri) infeksiyalaşa və məhv ola bilər, hansı ki, abseslə (irinləmə) nəticələnir. Bu isə öz növbəsində diş kökü kanallarının müalicəsinə və ya dişlərin çəkilməsinə gətirib çıxara bilər. Evdə dişlərin və diş ətinin sağlamlığının qayğısına qalmaq vacibdir. Diş əti xəstəlikəri yetkin insanlarda dişlərin itirilməsinin ən əsas səbəbidir. Diş əti xəstəlikləri müalicə olunandır və vaxtaşırı təmizləmələrlə və müayinələrlə nəzarətdə saxlanıla biləndir. Dişlər itirildikdə, boş qalmış yerləri doldurmaq üçün körpülər, protezlər və implant-lardan istifadə oluna bilər.



S) Dişləri və diş ətini necə sağlam saxlaya bilərəm?

C) Ağız boşluğunu təmiz və sağlam saxlamaq asandır. Gündə iki dəfə flüorlu diş məcunu ilə dişləri fırçalamaq, dişlərin arasını təmizləmək, yaxşı qidalanma vərdişləri, şirin qida və içkiləri adətdən daha gec-gec qəbul etmək, vaxtaşırı müayinələr əksər stomatoloji problemlərin qarşısını ala bilər. Əksər insanlar dişlərini vaxtaşırı fırçalamasına baxmayaraq dişlərin arasını təmizləmir və müayinələrdən yayınırlar. Gündəlik vərdişlə-rimizdə olan cüzi dəyişikliklər uzun zamanda böyük dəyişik-liklərlə nəticələnə bilər. Sizin stomatoloqunuz və ya gigi-yenistiniz dişlərinizdə toplanmış ərpi təmizləyə və diş ətinizi müalicə edə bilər. Lakin gündəlik dişlərə və diş ətinə qulluq sizin öz öhdənizdədir və silahınız diş fırçası və interdental təmizləmədir (diş arasının təmizlənməsi).



S) Plak nədir?

C) Plak—nazik və yapışqan bakteriya təbəqəsi olub diş üzərində daim əmələ gəlir.



S) Plak diş kariesini necə törədə bilər?

C) Siz şəkər və nişasta olan qida qəbul etdikdə plakdakı bakteriyalar turşu törədir, hansı ki dişin minasına təsir göstərir. Plakın yapışqanlığı bu turşuların dişlə təmasını daha da artırır. Uzunmüddətli turşu təsirindən sonra diş minası parçalanaraq karioz boşluq əmələ gətirir.


S) Plak diş əti xəstəliyini necə törədə bilər?

C) Dişlərin üzərindəki plak fırça ilə təmizlənmədikdə, o bərkiyərək diş ərpinə (daşına) çevrilir. Diş daşları diş ətinə yaxın yerlərdə formalaşdıqca, plak diş ətinə zəhərli maddələr ifraz edir, diş ətini qıcıqlandırır və iltihablaşdırır. Diş əti dişlərdən aralanmağa başlayır və bu boşluq infeksiyalaşır. Diş əti müalicə olunmadıqda dişi saxlayan sümük zədələnir, diş laxlayır və düşür. Diş əti xəstəliyi yetkin insanlarda dişlərin tökülməsinin əsas səbəbi olub protez, körpü və implantlardan istifadəyə gətirib çıxara bilər.


S) Diş əti xəstəliyinin qarşısını necə ala bilərəm?

C) Plak və qida qalıqlarının dişlərinizin ətrafından təmiz-lənməsi vacibdir və bu diş əti iltihabını və infeksiyasının qarşısını alır. Əgər siz plakı dişləriniz üzərindən təmiz-ləməsəniz, o bərkiyərək ərpə və diş daşlarına çevirilə bilər, hansı ki ancaq stomatoloq və gigiyenist tərəfindən təmizlənə bilər. Vaxtaşırı ağız boşluğu müayinələrindən keçmək bu problemin vaxtında aşkarlanmasına və müalicəsinə kömək edir.



S) Məndə diş xəstəliyinin olub olmamasını necə müəyyən edə bilərəm?

C) Diş əti xəstəliyi (gingivit) özünü adətən qızarmış, şişmiş, fırçalama və sapla təmizləmə zamanı qanama ilə biruzə verir. Bir çox insanlar diş əti fırçalama zamanı qanayanda ya ehmalca fırçalayır ya da fırçalamanı tamamilə dayandırır. Belə hallarda dişlərin adəti təmizlənməsini daha da bərk davam etdirmək lazımdır ki, şəraitlə mübarizə aparılsın.



S) Fırçalamaq niyə vacibdir?

C) Gündəlik fırçalama və dişlərin arasının təmizlənməsi plakın təmizlənməsi üçün vacibdir. Plak təmizlənmədikdə, onun əmə-ləgəlməsi davam edir, qida qalıqları ilə qidalanır və sonda karies və diş əti xəstəliyi ilə nəticələnir.



S) Hansı diş fırçasından istifadə etməliyəm?

C) Sizin stomatoloq və ya gi-giyenistiniz sizə hansı diş fırça-sından istifadə etmənizi məsləhət görə bilər. Buna baxmayaraq, yetkin insanlar kiçik və ya orta ölçülü başlığı, yumşaq və ya orta yumşaqlıqlı neylon tük dəstəsi olan fırçalardan istifadə edə bi-lərlər. Fırçanın başı o qədər kiçik olmalıdır ki, onunla asanlıqla ağız boşluğunun çətin keçilən yerlə-rində (əsasən arxa dişlərin arxa səthlərində) fırçalama hərəkətləri etdirmək olsun. Uşaqlar eyni tükcüklü, lakin daha kiçik başlığa malik diş fırçalarından istifadə edə bilərlər.

Siz həmçinin daha ixtisaslaşmış fırçalardan istifadə edə bilərsiniz. Məsələn, həssas dişlər üçün olan daha yumşaq tükcüklü fırçalarlardan ala bilərsiniz. Bununla yanaşı, qeyri-düzgün diş cərgəsi və əyri dişləri olanlar üçün daha kiçik başlığı olan fırçalar satışda var.

Parkinson xəstəliyi və ya başqa fiziki əlillikdən əziyyət çəkənlər fırçanı əldə saxlaya bilmirlər. Onlar üçün daha yoğun dəstəkli və əyilmiş başlıqlı fırçalar məsləhət görülür.



S) Elektrik diş fırçası necə işləyir?

C) Elektrik diş fırçası adətən ya fırlanan ya da vibrasiya edən başlığa malik olur, hansı ki, dişlərin təmizlənməsi üçün minimal hərəkət tələb edir. Bununla belə fırçanı dişlər üzərində düzgün yerləşdirmək vacibdir.



S) Elektrik fırçaları dişləri daha yaxşı təmizləyir?

C) Sınaqlar göstərir ki bəzi elektrik fırçaları dişləri (plakı) təmizləməkdə daha effektlidirlər. Başlığı hər iki tərəfə fırlanan (ossilyasiya edən) fırçalar ən effektiv fırçalar hesab olunur. Belə fırçalar əlil və yaşlı insanlar üçün olduqca faydalıdır. Elektrik və ya batareya ilə işləyən fırçalar uşaqlar üçün də faydalıdır və əsas səbəblərdən biri də fırçanın onları daha da fırçalamağa həvəsləndirməsidir. Elektrik fırçaları ilə dişlərin fırçalanmasının sizin üçün nə dərəcədə faydalı ola biləcəyini stomatoloq və ya gigiyenistinizlə məsləhətləşin.



S) Necə fırçalamalıyam?

C) Fırçalama plak və qida qalıqlarını dişin müxtəlif tərəf-lərindən təmizləyir.

Fırçalamanın müxtəlif metodlarından biri:

1. Diş fırçasının başını dişlər üzərinə, diş əti ilə 45 dərəcə bucaq altında qoyub bir neçə kiçik dairəvi hərəkətlər etdirin. Hərəkəti bütün dişlər üçün təkrarlayın.

2. Bütün dişlərin xarici səthini fırçanı diş ətinə doğru yö-nəltməklə fırçalayın.

3. Eyni qaydada dişlərin daxili səthlərini də fırçalayın.

4. Dişlərin çeynəmə səthlərini təmizləyin.

5. Ön dişlərin arxa səthlərini təmizləmək üçün fırçanı vertikal (şaquli) vəziyyətdə tutub başlığın ucu ilə dişlərin arxa səthində bir neçə dairəvi hərəkət edin.

6. Dilinizin fırçalanması nəfəsinizi təravətləndirəcək və bakteri- yaları götürməklə ağız boşluğunuzu təmizləyəcək.



S) Plakı tamamilə təmizlədiyimi necə bilə bilərəm.

C) Plak xüsusi rəngləyici maddələrlə müəyyən oluna bilər və ya stomatoloqunuzda ola biləcək xüsusi tabletlərlə aşkarlana bilər. Bu maddələr zərərsizdir və dişlərdə əlavə fırçalanmaya ehtiyac olan yerləri göstərir. Yenidən fırçalama rənglənmiş plakı təmizləməyə kömək edir.



S) Gündə neçə dəfə fırçalamalıyam?

C) Çalışın gündə 2 dəqiqə olmaqla ən azı iki dəfə fırçalayasınız. Əgər stomatoloqunuz sizə gündə iki dəfədən artıq məsləhət görsə, o halda göstərilən fasilə ilə fırçalayın. Fırçalama zamanı qanama müşahidə olunarsa stomatoloqa müraciət edin.



S) Diş fırçamı nə zamandan bir dəyişməliyəm?

Köhnəlmiş diş fırçaları dişləri effektiv təmizləmir və diş ətini zədələyə bilər. Ona görə də hər iki-üç aydan bir diş fırçanızı dəyişin. Əgər bu vaxtdan öncə fırçanın tüklərində yeyilmə və ya əyilmə müşahidə olunarsa fırça dəyişdirilməlidir. Aralanmış tükləri olan fırçalar dişləri yaxşı təmizləmir.



S) Mən flüorlu diş məcunundan istifadə etməliyəmmi?

C) Bəli, tərkibində flüor olan diş məcunları dişlərin möh-kəmlənməsinə kömək edir və kariesin əmələ gəlməsinin qarşısını almaqda yardımçı olur.



S) Hansı diş məcunlarından istifadə etməliyəm?

C) Adi ailə diş məcunlarından əlavə xüsusi diş məcunları da var. Onlardan bəziləri ərpin əmələ gəlməsinin qarşısını almaq üçün, həssas dişləri olan insanlarda həssaslığı azaldır və s. Total Care (tam müdafiə) diş məcunlarının tərkibində olan maddələr diş əti xəstəliklərinin qarşısını almağa kömək edir, nəfəsi təravətləndirir və plak yığılmasının qarşısını alır. Ağardıcı diş məcunları dişlərdə əmələ gəlmiş ləkələri təmizləməkdə effektivdir, lakin bu dişlərin öz təbii rənginə qədər mümkündür.

Üç yaşına qədər olan bütün uşaqlar dişlərini ən azı 1000 ppm (milyonda 1000 hissə) flüorlu məcunlarla fırçalamalıdırlar. Üç yaşından sonra 1350ppm-1500ppm (milyonda 1350-1500 hissə) flüorlu məcunlarla fırçalamalıdırlar. Uşaqlar üçün nəzərdə tutulmuş bəzi diş məcunları adətən lazım olan flüorun miqdarının yarısını təşkil edir və beləliklə də müdafiə ancaq məhdudlaşdırılır. Əgər uşaqlarınız 7 yaşından kiçikdirsə onları dişlərini fırçalamağa həvəsləndirin, fırçalama vərdişlərinə nəzarət edin və lazım olduqda düzəlişlər edin, əmin olun ki diş məcununu udmasınlar.

Təmiz və sağlam ağız boşluğunu təmin etmək üçün düzgün gigiyenik vasitələrdən istifadə etmək lazımdır. Bunun üçün stomatoloq və ya gigiyenistinizə müraciət edin.



S) Nə qədər diş məcunu istifadə etməliyəm?

C) Diş fırçasının səthini məcunla örtməyə ehtiyac yoxdur. Bir noxud qədər məcun dişləri təmizləmək üçün yetər. Uşaqlar isə noxud ölçüsündə yaxılmış diş məcunu istifadə edə bilərlər.



S) Dişlərimin arasını necə təmizləməliyəm?

C) Dişlərinizin arasını diş sapı, interdental (dişarası) fırçalar və lentlərlə təmizləyə bilərsiniz. Diş lentləri saplardan daha enli olur və bir çox insanlar lentlərlə təmizləməni daha asan sayır. Dişlərin sapla təmizlənməsi plakı, qida qalıqlarını dişlərin arasından və diş əti altından təmizləməyə kömək edir. Dişlərinizin arasını ən azı gündə bir dəfə diş sapı ilə təmizləməlisiniz. Stomatoloq və ya gigiyenistiniz diş sapından düzgün istifadəni sizə göstərə bilər.

Aşağıdakı məsləhətlər faydalı ola bilər:

1. Təqribən 45 sm uzunluğunda diş sapı kəsin və bir ucundan tutub sapın əksər hissəsini hər hansı əlinizin orta barmağına dolayın. Sonra sapın digər ucunu digər əlinizin eyni barmağına dolayın. Sapdan istifadə etdikcə, sapın işlənmiş ucunu bu barmağınıza dolayacaqsınız.

2. Diş sapını baş və ya şəhadət barmaqlarınız arasında dartılı vəziyyətdə saxlayın. Sonra sapı dişlərinizin arasında ehtiyyatla sürüşdürərək salın. Sapı kəskin hərəkətlər edərək diş ətinizi sıxıb zədələməyin.

3. Diş sapı diş əti səviyyəsinə çatdıqda, sapın hər iki ucunu bir tərəfdəki dişinizə doğru əyərək (C hərfi şəklində) dartılı vəziyyətdə saxlayın.

4. Həmin vəziyyətdə sapı dişin diş əti ilə sərhəddindən çeynəmə səthi və ya kəsici kənarına doğru siyirmək lazımdır. Sonra eyni hərəkəti digər qonşu diş üçün də təkrar etməli.

5. Diş cərgəsindəki sonuncu dişin arxa səthini də tə-mizləməyi unutmayın.

Dişləri sapla təmizləyərkən yaxşı olar ki, eyni sıralama ilə edəsiniz. Məsələn yuxarı sol tərəfdən sağ tərəfə doğru, sonra eyni ardıcıllıqla aşağı dişlərin aralarını təmizləyə bilərsiniz.

Bununla da dişaralarını təmizləməmə şansını azaltmış olarsınız.

Eyni zamanda ağızda olan diş qapaqlarının, körpülərin və implantların ətrafını diş sapı ilə təmizləmək lazımdır. Bunun üçün adətən xüsusi, ixtisaslaşmış sap tutucular vardır. Bu vasitələrdən effektiv istifadə üçün stomatoloq və ya gigiyenistinizlə məsləhətləşin.



S) Dişləri sapla təmizləyərkən diş əti qanamalıdırmı?

C) Diş əti ilk təmizləmə zamanı qanaya bilər, lakin bu plak təmizləndikcə və ağız boşluğu gigiyenası bərpa olunduqca aradan götürülür. Əgər qanama davam edərsə stoma-toloqunuzu məlumatlandırın, ola bilsin ki sapdan düzgün istifadə etmirsiniz və ya diş və diş ətiniz stomatoloq tərəfindən təmizlənməlidir.



S) Diş sapından istifadədə çətinlik çəkirəmsə nə etməliyəm?

C) Siz diş sapı tutucuları və ya interdental fırçalardan istifadə edə bilərsiniz. Adı çəkilən va-sitələrin düzgün istifadə qayda-ları haqqında stomatoloqunuz-dan məsləhət ala bilərsiniz.



S) Ağız irriqatorları effektivdirmi?

C) Ağız irriqatorları təzyiqlə su şırnağı püskürtməklə dişlərin arasında olan qida qalıqlarını təmizləməyə kömək edir. Bu vasitələr əsasən ortodontik (diş sırasında və dişləmdə olan qüsurları aradan götürmək üçün istifadə olunan) aparatlardan istifadə edən pasientlər üçün faydalıdır.



S) Mən ağızı yaxalamaq üçün məhlullardan istifadə etməliyəm?

C) Ağızı yaxalamaq üçün məhlullar adətən nəfəsi təravətləndirmək üçün istifadə olunur. Əgər siz uzun müddətdir ki, nəfəsi təravətləndirən vasitələrdən istifadə edirsinizsə stomatoloqa müraciət edin. Ağızdan xoşagəlməz iyin gəlməsi diş, diş əti və ya başqa xəstəliyin göstəricisi ola bilər. Flüorlu ağız yaxalamaq üçün məhlullar kariesin profilaktikasında istifadə oluna bilər. Stomatoloqunuz sizə diş ətinin xəstəliyini müalicə etmək və ağız boşluğu gigiyenasını bərpa etmək üçün antibakterial ağız yaxalamaq üçün məhlullar tövsiyyə edə bilər.



S) Pəhriz kömək edə bilər?

C) Bir çox insanlar elə düşünürlər ki pəhrizdəki şəkərin miqdarı kariesin əmələ gəlməsində əsas amildir. Lakin bu belə deyildir. Əslində isə pəhrizdə olan şəkərin miqdarı yox, gün ərzində qəbul olunma tezliyi kariesin yayılmasında əhəmiyyət kəsb edir. Şəkər qəbulundan sonra ağızda yaranmış turşuluğu neytrallaşdırmaq üçün orta hesabla 40 dəqiqə vaxt tələb olunur. Ona görə də şəkər qəbulunu yemək vaxtı ilə eyni vaxta salmaq tövsiyyə olunur.



S) Protezlərdən istifadə edirəmsə nə etməliyəm?

C) Protezlərin təmizlənməsi də təbii dişlərinizin təmizlənməsi qədər vacibdir. Qida qalıqları təmizlənmədikdə protezlərin kənarlarında ilişib qala və çürüyə bilər.

Protezləri təmizləmək üçün ayrıca fırçadan istifadə etməlisiniz. Ümumi qayda budur: fırçala, yaxala, fırçala. Protezlər əldən düşərkən sınmasın deyə, təmizləməni su ilə doldurulmuş qab üzərində aparmaq lazımdır. Protezləri suya batırmazdan öncə üzərindəki qida qalıqlarını fırçalamaqla təmizləyin. Sonra protezi xüsusi təmizləyici məhlullarda qısa müddət saxlayıb yenidən, öz təbii dişlərinizi fırça-ladığınız qayda ilə fırçalayın. Təmizləmə zamanı süni dişlərin bütün səthlərini təmizləməyə çalışın, eləcə də protezin diş əti ilə toxunduğu səthləri yaxşıca təmizləyin. Əgər protezinizdə yığılmış ləkələr aşkar etsəniz stomatoloq və ya gigiyenistinizə müraciət edərək protezi təmizlədin. Protezlərin təmizlənməsi üçün əksər stomatoloqlar kiçik və ya orta ölçülü başlığı olan diş fırçalarından istifadə etməyi tövsiyyə edir.



S) Mənim implant dişlərim var. Bunun üçün xüsusi nə etməliyəm?

C) Sizin stomatoloqunuz və ya üz çənə cərrahınız implantları necə təmizləməli olduğunuzu deyəcək. İmplantların təmizlənməsi diş əti xəstəliyi və infeksiyanın qarşısını almaq üçün mühüm əhəmiyyət kəsb edir.



S) Stomatoloqa nə üçün vaxtaşırı müraciət etməliyəm?

C) Profilaktika hər zaman müalicədən daha effektli olur. Əgər siz stomatoloqa vaxtaşırı müraciət etsəniz, o sizin ağız boşluğunuzda olan problemi tez aşkarlayacaq və lazım olan müalicəni daha asanlıqla həyata keçirəcək.



Son söz

Sağlam ağız boşluğu sizin özünüzdən asılıdır. Aşağıdakı sadə mərhələlərə əməl etməklə siz ağız boşluğunuzu təmiz və sağlam saxlaya bilərsiniz:

1. Flüorlu diş məcunu ilə dişlərinizi gündə iki dəfə fırçalayın.

2. Kiçik ya orta ölçülü başlığa malik diş fırçalarından istifadə edin.

3. Dairəvi ucu olan yumşaq neylon tüklü fırçalardan istifadə edin.

4. Kiçik dairəvi hərəkətlərlə fırçalayın.

5. Diş fırçanızı hər üç aydan bir dəyişin.

6. Dişlərinizin arasını saplar, çöplər və ya interdental fırçalarla təmizləyin.

7. Şirin içki və qidaları daha gec-gec qəbul edin.

8. Təyin olunmuş vaxt üzrə stomatoloqunuzu görün.

599 views0 comments

Recent Posts

See All
bottom of page