top of page
Search

Diş əti xəstəlikləri

S) Diş əti xəstəliyi nədir?

C) Diş əti xəstəlikləri, dişləri əhatə edən toxu-maların şişkinliyi, həssaslığı və ya infeksiyalaşması ilə xarakterizə olunur. Diş əti xəstəliklərinin iki əsas forması var; gingivit və periodontit.




S) Gingivit nədir?

C) Gingivit diş ətinin iltiha-bi xəstəliyidir. Bu diş ətinin dişlərin ətrafındakı hissə-lərinin qızartılı və şişkin ol-masıdır. Şişkin diş əti adə-tən fırçalama zamanı qa-nayır.



S) Periodontit nədir?

C) Uzun müddət davam edən gingivit periodontitə gətirib çıxara bilər. Peri-odontitin bir neçə növü var və hamısı dişətrafı to-xumalara təsir edir. Peri-odontit kəskinləşdikcə dişi saxlayan toxumalar itirilir və diş laxlayır. Əgər müa-licə olunmazsa onda diş yuvadan laxlayaraq çıxa bi-lər. Statistikaya görə peri-odontitdən itirilən dişlərin sayı kariesdən itirilən dişlərin sayından çoxdur.



S) Mənim diş əti xətəliyindən əziyyət çəkmə ehtimalım varmı?

C) Çox güman ki. Əksər insanlar diş əti xəstəliyinin bu və ya digər formasından əziyyət çəkir və bu böyüklərdə dişlərin itirilməsinin əsas səbəbidir. Lakin, bu xəstəliklər çox ləng başlayır və müalicə-profilaktika tədbirləri ilə o qədər ləngidilə bilər ki, sizin dişləriniz ömrünüzün sonuna qədər qalsın.



S) Diş əti xəstəliklərinin səbəbi nədir?

C) Bütün diş əti xəstə-liklərinin səbəbi plak-dır. Plak hər gün diş-lərin və diş ətinin üzə-rində əmələ gələn bakteriya təbəqəsidir. Plakdakı bakteriyalar-ın əksəriyyəti tama-milə ziyansız olsalar da bəziləri diş əti xəs-təliklərinin əsas səbəbi kimi göstərilib. Diş əti xəs-təliklərinin qarşısını almaq üçün siz hər gün dişlərin üzərindəki plakı təmizləməlisiniz. Bu fırçalama və diş-lərin sapla (diş sapı ilə) təmizlənməsi ilə həyata keçirilə bilər.



S) Siqaret çəkmək mənim diş ətimə və sağlam-lığıma təsir edəcək?

C) Siqaret çəkmək diş əti xəstəliyini daha da ağırlaşdıracaq. Siqaret çəkən pasientlərdə plakın əmələgəlməsi daha sürətlə gedir və diş əti xəstəlikərinə gətirib çıxara bilir. Siqaret çəkən zaman qan dövranındakı oksigenin miqdarı azalır və nəticədə diş ətinin sağalması çətinləşir. Siqaret çəkənlərdə plakın əmələgəlməsi və diş əti xəstəliklərinin inkişafı daha sürətlə gedir nəinki siqaret çəkməyənlərdə. Diş əti xəstəlikləri elə siqaret çəkənlərdə də dişlərin itirilməsinin əsas səbəbidir.



S) Diş əti xəstəlikləri müalicə olunmadıqda nə baş verir?

C) Təəssüflə diş əti xəstəlikləri ağrısız inkişaf edir və bu pasientlərin prosesdən tam xəbərsiz olmasına gətirib çıxarır. Lakin bəzən bakteriyalar çox aktiv olur və diş ətini xoralaşdırır. Bu da öz növbəsində diş ətinin absesinə (irinləməsinə) gətirib çıxarır və dişin boynu boyu diş ətindən irin xaric ola bilir. Bir neçə ildən sonra dişi çənələrdə saxlayan sümük toxuması itirilə bilər. Əgər xəstəlik uzun müddət müalicəsiz qalarsa onda müalicə daha çətin olur.



S) Mən diş əti xəstəliyinin olub olmamasını necə bilə bilərəm?

C) Diş əti xəstəliyinin ilk göstəricisi dişləri fırçaladıqdan sonra fırça üzərində qalan və ya ağız boşluğunu yaxaladıqdan sonra suda olan qandır. Diş əti həm də qidalanma zamanı da qanaya bilər, ağızda pis dad yaradar. Bundan əlavə ağızdan xoşagəlməz iy gələ bilər.



S) Diş əti xəstəliklərinin olmasından şübhələnsəm nə etməliyəm?

C) İlk növbədə stomatoloqa müraciət edib dişlərinizi və diş ətinizi müayinə etdirməlisiniz. Stomatoloqunuz dişlərin ətrafında yaranmış diş əti ciblərinin dərinliyini ölçməklə hər hansı periodont xəstəliyinin başlamasını müəyyən edə bilər. Rentgen müayinəsi itirilmiş sümük toxumasının hündürlüyünü müəyyənləşdirmə-yə kömək edir. Bu müayinələr sizə dəqiq müalicə üsülünü seçmək üçün vacibdir.



S) Hansı müalicələr lazımdır?

C) Sizin stomatoloqunuz və ya gigiyenistiniz dişlərinizin üzərindəki ərpi və diş daşlarını təmizləyəcək. Sizə dişlərinizin üzərindəki plak-ın necə təmizlənməsini də göstəriləcək. Müa-licə bir neçə gün davam edə bilər.



S) Daha nə lazımdır?

C) Dişləriniz təmizləndikdən sonra stoma-toloqunuz diş köklərini də təmizləmək qə-rarına gələ bilər ki, bu da diş əti ciblərindəki bakteriyaları aradan götürmək üçündür. Təmizlənmədən əvvəl həmin nahiyə keyləşdirilə bilər və ilk 48 saat ərzində müəyyən narahatlıq hiss edə bilərsiniz.



S) Əgər məndə bir dəfə periodont (dişətrafı toxumalar) xəstəlikləri olubsa, yenidən olma şansı varmı?

C) Periodont xəstəlikləri heç vaxt müalicə olunmur. Lakin xəstəlik sizə göstərilən evdəqulluqla və vaxtaşırı stomatoloq müayinələri ilə nəzarətdə saxlanıla bilər. Sümük toxumasının atrofiyası (sorulması) ya ləngidilə ya da tamamilə dayandırıla bilər.

160 views0 comments

Recent Posts

See All
bottom of page