Dişçıxarma dövrü

S) Dişçıxarma nədir?
C) Sizin uşağınızın süd diş-ləri adlanan ilk diş kom-plektinin diş ətini yararaq çıxmasına dişçıxarma deyilir.
S) Dişçıxarma nə zaman başlayır?
C) Dişçıxarma adətən uşaq 6 aylıq olduqda başlayır. Lakin dişçıxarmanın uşaq 3 aylıqdan 12aylıq olana qədər başlaması normaldır. Uşağınızın 3 yaşı olana qədər onun bütün süd dişləri çıxmış olacaq.
Aşağı ön dişlər adətən birinci çıxırlar. Yuxarı ön dişlər adətən aşağı ön dişlər çıxdıqdan 1-2 ay sonra çıxırlar.
S) Dişçıxarmanın simptomları (əlamətləri) hansılardır? C) Bəzi uşaqlar dişçıxarmanı digərlərindən daha çox narahatlıqla yaşayırlar. Bu dişlər çıxmazdan öncə diş ətində olan şişkinlik və həssaslıqla əlaqədar ola bilər. Bu simptomlar adətən dişlər görünməzdən 3-5 gün öncə başlayır və dişlər diş ətini tam dəldikdən sonra keçir. Bir çox uşaqlarda isə dişçıxarma heç bir simptomsuz keçir.
Uşaqlar diş ətində olan gərginliyi aradan götürmək üçün barmaqlarını və ya oyuncaqlarını dişləyə bilərlər. Onlar həm də ağrıdan qidalanmaqdan da imtina edə bilərlər.
Bəzi uşaqlarda dişçıxarma dövründə ağız həddən artıq sulanır və ağız suyunun artığı kənara axır. Bu isə çənədə, üzdə və sinədə qızartıların əmələ gəlməsinə səbəb ola bilər.
Yungül simptomlar adətən özü keçib gedir. Əgər simptomlar kəskindir və öz-özünə yüngülləşib getmirsə həkimə müraciət edin.
S) Uşağınıza dişçıxarma dövrünü daha rahat keçirməsi üçün necə kömək edə bilərsiniz?
C) Aşağıdakı məsləhətlər uşaq-larınızın dişçıxarma dövrünü da-ha rahat keçirməsi üçün faydalı ola bilər:
· Uşağınıza ağrını azaltmaq üçün yaşa uyğun ağrıkəsici verin. Məsələn asetaminofen (Tilenol) və ya ibubrofen (Advil). Aspirinlə Reye sindromunun əlaqəsini nəzərə alaraq yaşı 20-dən az olan kəslərə aspirin qəbul etmək olmaz.
· Təmiz barmaqla uşağın diş ətini təxminən 2 dəqiqə yüngülcə masaj edin. Uşaqlar ilkin olaraq etiraz etsələr də sonradan onlara rahatlıq verir.
· Uşaqlara çeynəmək üçün təh-lükəsiz və təmiz cismlər verin.
Bəzi valideynlər dişçıxarma üçün xüsusi dərmanlardan istifadə edirlər. Əgər siz də istifadə edirsinizsə bilməyiniz gərəkdir ki, ekspertlər bu dərmanların təhlü-kəsizliyini suala çəkirlər. Bu haqda hə-kiminizlə məsləhətləşin.