top of page
Search

Coğrafi dil


Coğrafi dil nədir?

Coğrafi dil geniş yayılmış bir haldır. Dilin üstündə yanlarında bəzənsə altında rast gəlinir. Dilin üzərində nizamsız, hamar qırmızı sahələr əmələ gəlir ki, bu da xəritəni xatırladır. Qırmızı sahələr adətən dalğalı ağ xəttlərlə müşayiət olunur.


Necə yaranır?

Dilin bu görünüşünə səbəb dil səthinin qeyri paralel yenilənməsidir. O yerlərdə ki dilin ən üst səthi tez yenilənir, qırmızı görünür və yaralı zədəli dərini xatırladır. Digər yerlərdə isə gec yenilənir və ağ görünür. Qırmızı sahələr nazik olduğu üçün kandidoza (göbələk xəstəliyi) meyilli olur və ağrılı olur.


Kimlərdə olur?

Bütün yaş qruplarında rast gəlinir. İnfeksiyon deyil və digər insanlara keçmir, lakin bir neçə ailə üzvündə ola bilər.


Nədən ağırlaşa bilir?

Qırmızı sahələr nazik və tam formalaşmamış olduğu üçün, turş (sitrus) və acı (xüsusilə də bibər) qidaların qəbulu ilə ağrılı ola bilir. Tezliklə diqqət edəcəksiniz ki, bəzi qidaların təsirindən dil daha da narahat və ağrılı olur.


Hər hansı müayinə üsuluna ehtiyac varmı?

Xeyr. Həkiminiz dilinizə sadəcə baxmaqla diaqnoz qoya bilər.


Necə müalicə olunur?

Təəssüflə coğrafi dilin müalicəsi yoxdur. Bəzən kandidozu müalicə etmək üçün mikonazol gel istifadə oluna bilər.

Coğrafi dil heç vaxt xərçəndə çevrilmir, lakin bu halla yaşamağa öyrəşməlisiniz. Hansı qidaların vəziyyəti ağırlaşdırdığına diqqət edib onlardan uzaq olacaqsınız.

32 views0 comments

Recent Posts

See All
bottom of page